18.5.13

O'nunla dialoq.

 Allah ilə anadan olduğumda tanış olmuşam,deyilənə görə.Müsəlman olaraq gəlmişəm,ailəme görə.Allaha aid imiş bədənim,eşitdiyimə görə.Bəs mənə görə?
 Sualın dəqiq cəvabını bilmirəm,çünki onunla heç tanış olmamışam,hətta onu tanımağa çalışarkən,ondan nifrət etmişəm.Həyatım boyunca demişəm ki,din,inanc həmişə bir insanın içində olmalıdır,bəli,mənim inancım heç kimi maraqlandırmamalıdır.Bu yazını yazmağımın səbəbi isə başqadır.Sadəcə görülməyən dialoqlardan bir dənəsidir.

Balacalıqdan ətrafımdaki insanlardan ağzıma yapışan sözlər "İnşAllah,Allah qoysa,Allah rəhmət eləsin,Allah köməyin olsun" və sairə.Nə qəribədir ki,həyatım boyunca dua eləməmişəm,əllərimi göyə açıb,yalvarmamışam.Həyatım boyunca dedim amma bəlkə də yalan demiş oldum,çünki balaca olduğum vaxt oyuncaq alınması üçün dua eləmiş ola bilərəm,ya da atamın uzaqlara getməməsi üçün yalvarmış ola bilərəm.20 yaşım var və bu yaşıma qədər Allaha sadəcə bir şeyə görə dəhşətli dərəcədə,vəhşi istəklə,ancaq bir şeyə görə yalvarmışam,məni öldürsün deyə.Gecələr ağlayıb,"Allahım nolar öldür məni,bezmişəm." kimi sözlər çox işlədmişəm.Belə bir sual yaranır ki,"Allaha inanmırsansa,niyə ona yalvarırsan?get özünü öldür." Bunun da bir cəvabı var,mənə görə tək sözlə,ailəm.Onların həyatları boyunca yaşadıqları şeyi mən görmüşəm,mənim onları tərk etməyim,onlara bir zərbə də məndən olacaq,bunu eləməyə nə cəsarətim var nə də ki gücüm...

Allahla dialoqum olub,"məni öldür" demişəm,o isə məni anlamayıb,insanlar kimi,o da məni vecinə almayıb,unudub,susub,sevməyib.

Belə bir mahnı,həyat ve ölüm arasındaki o körpüyə keçmək üçündür.


Yalnızlığı anla - Kazım Koyuncu.

1 yorum:

  1. Meselen mamana deseydin mama meni öldür, öldürmeyecekdi yegin. Ancaq kömek istesen bir şeyler etmeye çalışacaq.
    İnsan biraz dünyanın gürültüsünden uzaqlaşıp, gözünün yaşını tökse, dese ki Allah yoruldum, dözebilmirem artıq, tek qalmışam, yaşama menamı itirmişem, kime getmişem xeyanet görmüşem, senden başqa ümidim qalmayıb, eğer ki sen yaratmısan meni kömek et mene, tek qoyma bu dünyada.
    Meselen, men ailesinde bir çox prablemler yaşamış, anası atası ayrılmış, qohumlarının veten xaini elan elediyi biri kimi, senin yaşlarında, ancaq uzaqdan görenin 30 yaşında hesap etdiyi, hele de dünyanın yükü altında ezilen biri kimi, bu nidama cavab almışam. Ve derdimi danışacaq bir dost tapmışam. Özümü boşluqda hissettiğim vaxtlarda heyatıma bir mena gelip.
    Elbetde inancın ancaq seni maraqlandırar. En azından bilki bu dünyada seni anlayan, vecine alan insanlar var. İnsanın bunu bilmeye ne qeder ehtiyacı olduğunu yaxşı başadüşürem.

    YanıtlaSil